İraqın şimalında daha 10 terrorçu zərərsizləşdirilib

İraqın şimalında daha 10 terrorçu zərərsizləşdirilib

Türkiyə silahlı qüvvələrinin İraqın şimalında həyata keçirdiyi Pəncə-Kilit əməliyyatı bölgəsində aşkarlanan separatçı terror təşkilatı PKK üzvlərinə ağır zərbə endirilib. SİA bu barədə Türkiyə saytlarına istinad edir.

TRT-nin xəbərinə görə Milli Müdafiə Nazirliyinin “Twitter” hesabında “Dayanmaq yox, yorulmaq yox, mübarizəyə davam” başlığı ilə verilən açıqlamada: “İraqın şimalında Pəncə-Kilit əməliyyatı bölgəsində aşkarlanan daha 10 PKK terrorçusu Silahlı Qüvvələrimiz tərəfindən zərərsizləşdirilib”.

Bütün xəbərlər Facebook səhifəmizdə