Hindistan "Aqni-4" raketini uğurla sınaqdan keçirib

Hindistan "Aqni-4" raketini uğurla sınaqdan keçirib

SİA-nın əldə etdiyi məlumata görə, Hindistan nüvə gücünə və 4000 kilometr mənzilə malik "Aqni-4" raketini uğurla sınaqdan keçirib.

TRT xəbər verir ki, bu barədə Hindistan Müdafiə Nazirliyindən məlumat yayılıb.

“Orta mənzilli ‘Aqni-4’ ballistik raketinin uğurlu buraxılışı yerli vaxtla təxminən saat 19:30-da Odişa ştatı yaxınlığındakı Abdul Kalam adasından həyata keçirilib. Bu raket sınağı “Strateji Qüvvələr Komandanlığının himayəsi altında həyata keçirilən adi istifadəçi təlimlərinin bir hissəsi hesab edilir”.

Bütün xəbərlər Facebook səhifəmizdə