Müşavirdən proqnoz...

Prezident Aparatı rəhbərinin müşaviri Aleksey Arestoviç qarşıdan gələn həftənin Ukrayna üçün son dərəcə çətin olacağını bildirib.

SİA-nın əldə etdiyi məlumata görə, müşavir bunun səbəblərini, rusiyalı hüquq müdafiəçisi Mark Feyqinə müsahibəsində səsləndirib.

Onun sözlərinə görə, Rusiya qoşunları Baxmut-Lısiçansk magistral yolu istiqamətində irəliləyir, onun ələ keçirilməsi işğalçılara Ukrayna Silahlı Qüvvələrinin Luqansk vilayətində qruplaşmasının qarşısını almağa imkan verəcək.

Maraqlıdır ki, Arestoviç Ukraynanın ikinci Mariupol yaşaya bilməsindən ehtiyatlanır.

Onun sözlərinə görə, Ukraynadakı rus qoşunlarının yarısı İzyumdan Popasnaya qədər cəmləşib, bu, da təxminən 35-40 mindir.

Arestoviç, həmçinin Slavyanskın bir həftəyə mühasirəyə alına biləcəyini və düşmənin çox güman ki, Svyatogorski tuta biləcəyini söylədi.

“Slavyanskın mühasirəsi artıq yaxınlaşır. Bizim qoşunlarımız Severski Donetsinin şimalında ya məğlub olacaq, ya da cənub sahillərinə çəkiləcək”, -deyə müşavir bildirib.

Qeyd edək ki, bundan əvvəl Luqansk vilayət hərbi administrasiyasının rəhbəri Sergey Qayday, Rusiya hərbçilərinin hazırda Lisiçansk-Baxmut magistralına nəzarət etmədiyini, lakin atəş altında saxladıqlarını bildirmişdi.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə