İngiltərə Liviyadakı səfirliyini yenidən açıb

İngiltərə Liviyadakı səfirliyini yenidən açıb

İngiltərənin Tripolidəki səfiri Karoline Hurndall 8 illik fasilədən sonra Liviyada səfirliyin yenidən açıldığını bildirib.
SİA-nın əldə etdiyi məlumata görə, səfir Hurndall rəsmi "Twitter" hesabında etdiyi paylaşımda səfirliyin açılmasını “İngiltərənin Liviyada daimi həllə nail olmaq üçün liviyalılar və Birləşmiş Millətlər Təşkilatı ilə işləməyə davam etmək əzminin sübutu” kimi qiymətləndirib.

Digər tərəfdən, Hurndall İngiltərə ilə Liviya arasındakı əlaqələrin tarixən dərin və daimi olduğunu bildirib.

Qeyd edək ki, İngiltərə 2014-cü ilin avqustunda ölkədə vətəndaş müharibəsi alovlanandan sonra diplomatik nümayəndəliklərini bağlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə