Erməni müxalifəti yenə dilənməyə çıxacaq

Erməni müxalifəti yenə dilənməyə çıxacaq

Ermənistanda bir neçə gündür davamlı etiraz aksiyaları keçirən müxalifət fəalları xaricdəki havadarlarından yardım istəyəcək.

SİA-nın əldə etdiyi məlumata görə, müxalifətin növbəti mitinqi iyunun 6-da saat 19:00-da “Fransa” meydanında baş tutacaq. “Müqavimət” hərəkatının liderlərindən biri, müxalif “Ermənistan” fraksiyasından olan vitse-spiker İşxan Saqatelyan deyib ki, hərəkat qarşıdan gələn həftəyə hazırlaşır. O əlavə edib ki, həftə Ermənistana çoxsaylı beynəlxalq nümayəndə heyətləri gələcək və bu istiqamətdə işlər aparılacaq.

Qeyd edək ki, iyunun 3-də İrəvanda aksiyaçılarla polislər və “qırmızı beretlilər” arasında toqquşma olub. Hüquq-mühafizə orqanlarının əməkdaşları dəyənəklərdən və yüngül səsli qumbaraatanlardan istifadə ediblər. Kütləvi iğtişaşların təşkili faktları ilə bağlı cinayət işi başlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


VTB