Hindistanda avtomobil qəzası...

Hindistanın şimalındakı Uttarhand ştatında avtobusun dərəyə aşması nəticəsində azı 25 nəfər ölüb.

SİA bu barədə rus saytlarına istinad edir.

Qeyd edək ki, qəza bazar günü Hindistanın mərkəzi Madhya Pradeş əyalətindən olan 28 zəvvarı daşıyan avtobusun Himalay dağlarında hinduların müqəddəs Yamunotri şəhərinə gedərkən dərəyə düşməsi nəticəsində baş verib.

Hindistanın daxili işlər naziri Amit Şah zəvvarların ölümü ilə bağlı başsağlığı verib və zərərçəkənlərin ən yaxın xəstəxanaya çatdırıldığını bildirib.

Uttarhand əyalətinin başçısı Puşkar Sinq Dhami hadisə ilə bağlı araşdırma aparılmasını əmr edib. Baş nazir Narendra Modi həlak olanların ailələrinə 200 min rupi (2,5 min dollar), qurbanlara isə 50 min rupi (644 dollar) məbləğində təzminat ödənildiyini açıqlayıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə