Rusiyalı Qriqori Karasinin “şərhi”...

Rusiyalı Qriqori Karasinin  “şərhi”...

...Deyim ki, Siz bunu elə də balaca məsələ bilməyin.

Deməli, bu arada Rusiyanın Federasiya Şurası bəzi ölkələrin Lavrovun olduğu təyyarənin öz hava məkanına buraxmaması ilə bağlı məlumatı şərh edib.

Federasiya Şurasının Beynəlxalq Komitəsinin sədri Qriqori Karasin bir sıra Avropa ölkələrinin Rusiyanın xarici işlər naziri Sergey Lavrovun olduğu təyyarəni Serbiyaya buraxmaqdan imtina etməsi siyasi alçaqlıq kompleksinin göstəricisi olduğunu bildirib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, o, bu barədə özünün Telegram kanalında yazıb.

“Bolqarıstan, Monteneqro və Şimali Makedoniyanın Lavrovun təyyarəsini Serbiyaya buraxmaması bir çox emosiyalara səbəb olur. Onlardan biri odur ki, Avropa İttifaqı Rusiya nümayəndələri ilə xarici tərəfdaşlar arasında təmasların fiziki blokadaya alınmasının Avropada Rusiya siyasəti ilə bağlı “yekdilliyi” gücləndirəcəyini düşünür”.

Bunları yazan Qriqori Karasin “...əslində “bu, siyasi alçaqlıq kompleksinin göstəricisidir”...hə, bunu da sonra əlavə edib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə