Qazaxıstanda ölkə Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı referendumda əhalinin iştirakı üçün seçki məntəqələri işə başlayıb.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə RİA Novosti Qazaxıstan Mərkəzi Seçki Komissiyasının sədri Konstantin Petrova istinadən məlumat yayıb.
Səsvermə yerli vaxtla saat 20:00-da (Moskva vaxtı ilə 17:00) başa çatacaq. Ümumilikdə Qazaxıstanda əhalinin səs verə biləcəyi 10 012 seçki məntəqəsi var.
Bundan əvvəl Yaponiya və Cənubi Koreyada Qazaxıstan vətəndaşları üçün seçki məntəqələri açılıb. Ümumiyyətlə, 52 xarici dövlətdə ölkədə referendumun keçirilməsi üçün 62 seçki məntəqəsi fəaliyyət göstərir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB