Yəqin bunlar hələ də rusa arxayındırlar. Amma bunlar da bunlardan əvvəl “rusun ipinin üstünə çöp yığanlar”ın sonrakı peşiman aqibətlərindən, yəqin ki, xəbərsizdirlər. Amma inandırıcı görünmür. Başadüşüləndir, Rusiya hər iki ölkənin ərazisində öz hərbi bazalarını yerləşdirib. Amma Moskva ilə sıx bağlı olan iki ölkə arasında sərhədin zəif demarkasiya olunması üzündən ayda azı iki-üç və ya bəlkə də daha çox qarşıdurma yaşanmasının günahkarı elə...Rusiyadır axı. Niyə? Vaxtilə “böyük qardaşımız” tərəfindən iki ölkə arasında müəyyən edilən sərhədin “necə müəyyən” edildiyinə xəritədə tapıb baxa bilərsiniz. (...Allah bizi də rusların müəyyən edəcəyi Azərbaycan- Ermənistan sərhədinin sonrakı aqibətindən hifz eləsin)
...Beləliklə, Tacikistan Xarici İşlər Nazirliyi cümə günü Qırğızıstan əsgərlərinin Vorux kəndi yaxınlığında sərhədi qəsdən və qeyri-qanuni keçdiyini bildirib.
Əslində, bu iki ölkənin həmən ərazisindəki sərhədini görənlər...deyim ki, burada “sərhədi pozmamaq” mümkün deyil.
Çünki, təkcə tacik və ya qırğız əsgərini demirəm, buranın evinə getmək istəyən daimi sakini belə vaxtilə “rusun müəyyən etdiyi” sərhədi “pozmağa məcburdur”.
İndi SİA-nın da istinad etdiyi rus saytları yazırlar ki, guya Tacikistan sərhədçiləri onların ərazisinə girən qırğız əsgərinə çıxmaq əmri verdikdə, qırğız əsgərləri bundan imtina edərək atəş açıb. Daha sonra Tacikistan sərhədçiləri də cavab atəşi açıb və “ara qarışıb”...amma bundan sonra hər iki tərəf atəşkəs barədə razılığa gəlib barışıblar.
Sual olunur, neçənci dəfə? Amma deyim ki, ruslar hələ ki, hər şeyi diqqətlə...əslində maraqla da yazmaq olar... izləyirlər. Hər iki ölkədə hərbi bazası var axı...
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB