Braziliyanın Pernambuko əyalətində güclü yağışların səbəb olduğu sel və torpaq sürüşmələrində ölənlərin sayı 128-ə çatıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, son 2 itkin düşmüş şəxsin tapılmasından sonra axtarış-xilasetmə işlərinə son qoyulub.
Bildirilib ki, indiyədək 9300-dən çox insan zərər çəkmiş ərazilərdən təxliyə edilib. Ştat hökuməti ölənlərin ailələrinə təzminat ödəyəcək və bütün əmlakını itirən və evini tərk edən hər kəsə 1500 real (təxminən 312 ABŞ dolları) verəcək.
Müəllif: Abutel İlhamqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB