ABŞ döyüş gəmisi İsveçdə göründü

ABŞ döyüş gəmisi İsveçdə göründü

14-ü NATO üzvü və ikisi ittifaq tərəfdaşı olan ölkələrdən minlərlə əsgər, 45-dən çox döyüş gəmisi və 75-dən çox reaktiv təyyarə Rusiyaya meydan oxuyacaq. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, sabah başlayacaq Baltops 22 təlimində ABŞ Hərbi Dəniz Qüvvələri səhnəyə çıxacaq. 14 NATO üzvü və iki NATO tərəfdaşının qatılacağı təlimdə 45-dən çox döyüş gəmisi, 75-dən çox reaktiv təyyarə və təxminən 7000 əsgərin iştirak edəcəyi bildirilir. NATO-nun ən güclü ordularından birinə sahib olan Türkiyə də Baltops 22-dədir.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə