Severodonetsk şəhərinin 20 faizi geri alınıb

Severodonetsk şəhərinin 20 faizi geri alınıb

Luqansk qubernatoru Sergey Qayday Ukrayna ordusunun ölkənin Luqansk vilayətinin Severodonetsk şəhərinin 20 faizini geri aldığını açıqlayıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, Rusiya ordusunun Ukraynanın Luqansk vilayətinə hücumları davam edərkən Luqansk qubernatoru Sergey Qayday yeni açıqlama verib.

Qubernator Qayday Rusiya ordusunun bundan əvvəl Severodonetsk şəhərinin 70 faizini tutduğunu, şəhərin 20 faizinin isə Ukrayna ordusu tərəfindən geri alındığını bildirib. Qayday açıqlamasında, “İngiltərə kəşfiyyatının proqnozlaşdırdığı kimi, Rusiya ordusu bölgəni 2 həftə ərzində ələ keçirə bilməyəcək. Rusiya ordusu rayon mərkəzində xeyli itki verir. Lakin Ukraynaya düşməni dəf etmək üçün uzaqmənzilli artilleriya lazımdır”, - deyə o bildirib.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə