Xerson da Rusiya ərazisi olacaq, amma...

Xerson da Rusiya ərazisi olacaq, amma...

Xerson vilayəti yaxın vaxtlarda Rusiya Federasiyasının tərkibinə daxil olmaq üçün referendum keçirmək fikrində deyil. İndi gündəmdə tamam başqa vəzifələr var, əsas odur ki, regionu normal həyata qaytaraq.

SİA xəbər verir ki, bunu regionun hərbi-mülki administrasiyası rəhbərinin müavini Kirill Stremousov deyib.

Hazırda regionda pensiyaların, sosial müavinətlərin ödənilməsi, vilayət iqtisadiyyatının işə salınması məsələləri həll edilir. Oma görə də bu gün referendum gündəmdə deyil. Stremousov deyib bunları. Onun dediyinə görə, bölgədəki ən ciddi problemlər aradan qaldırıldıqdan sonra yerli hakimiyyət bu məsələyə qayıdacaq.

“Regionda vəziyyət tam sabitləşdikdən sonra biz plebissit haqqında danışacağıq”. Bunu da Stremousov deyib.

Guya bütün bu proseduradan sonra Xerson vilayətinin sakinləri öz gələcəklərini özləri seçmək imkanı əldə edəcəklər.

Stremousov həmçinin bildirib ki, Ukrayna Xerson vilayətində bank hesablarını bloklayıb. O hesab edir ki, bu yolla Kiyev faktiki olaraq yerli əhalinin əmanətlərini oğurlayıb.

Onun sözlərinə görə, Xerson vilayətinin sakinlərinin kartlarına xidmət dayandırılıb, bankomatlar işləmir, xersonluların pul çıxarmaq imkanı yoxdur: “Ukrayna insanların bank hesablarında qalan pullarını ödəməmək üçün soymaq üçün hər şeyi edib”.

Stremousovun sözləridir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə