Nigeriyada meymunçicəyi virusu əleyhinə tədbirlər artırılıb

Nigeriya hökuməti meymunçiçəyi virusunun yayılmasının qarşısını almaq üçün vəhşi heyvan ətinin satışını qadağan edib.
Nigeriyada meymunçicəyi virusu əleyhinə tədbirlər artırılıb

Kənd Təsərrüfatı Naziri Məhəmməd Əbubəkir bu barədə məlumat yayıb. Bildirib ki, ölkə üzrə bütün vəhşi heyvan ovçularına və ticarətçilərə fəailliyyətlərini dayandırmaları barədə göstəriş verilib.

SİA xəbər verir ki, nazirin sözlərinə görə indiyədək 21 hadisə qeydə alınan ölkədə may ayında virüs səbəbi ilə ölənlər olub.

Qeyd edək ki, Nigeriyada siçan, antilop, çöl donuzları, ilan və şimpanze kimi heyvanların ətlərinin satıldığı bir çox bazar var. Lakin insanların virusa vəhşi heyvan ətinin istehlakı nəticəsində yoluxduğuna dair konkret əlamət yoxdur. ÜST-nin məlumatına görə, bu il Kamerun, Mərkəzi Afrika Respublikası, Konqo Demokratik Respublikası, Liberiya, Nigeriya, və Syerra-Leonedə 1392 şübhəli və 44 təsdiqlənmiş meymunçiçəyi virusuna yoluxma hadisəsi qeydə alınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə