SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Ukrayna Prezidenti Ofisi rəhbərinin müşaviri Mixaylo Podolyak bildirib.
“Nə vaxt kifayət qədər silah alacağıq? Yaxın vaxtlarda. Bizim tərəfdən daha intensiv əks-hücum başlayan kimi bunu görəcəksiniz. Bu gün bizim də ayrıca əks-hücumlarımız var. Amma ehtiyacımız olan hər şeyi əldə edən kimi gücləndiriləcək. Və silahlı qüvvələr nəhayət Rusiya Federasiyasına “ikinci ordunun” planetin başqa coğrafi nöqtəsində yerləşdiyini sübut edə biləcək”, – o deyib.
Podolyak vurğulayıb ki, Ukrayna artıq tərəfdaşlarından silah almağa başlayıb.
“Ancaq bu zaman məsələsidir. İnsan ölümlərinin sayını azaltmaq üçün hər şeyi bir ay əvvəl əldə etmək istərdik. Avropa qərarları istədiyimizdən daha gec qəbul edir”, – o deyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB