Estoniya Prezidenti 7 naziri vəzifəsindən azad edib

Estoniya Prezidenti 7 naziri vəzifəsindən azad edib

Estoniya Prezidenti Alar Karis Mərkəz Partiyanın üzvü olan 7 naziri, o cümlədən xarici və daxili işlər nazirlərini vəzifəsindən azad edib.

SİA-nın əldə etdiyi məlumata görə, dövlət başçısına müvafiq təqdimatı Baş nazir Kaya Kallas edib.

“Avropadakı təhlükəsizlik vəziyyəti mənə daxili fikir ayrılıqları qarşısında Estoniyanın maraqlarını öz partiyasının maraqlarından üstün tuta bilməyən Mərkəz Partiyası ilə əməkdaşlığı davam etdirmək imkanı vermir”, – Kallas bildirib.

Hakim koalisiyada ixtilafın səbəbi iyunun 1-də parlamentdə mərkəzçilərin hökumətin konsensusla təsdiq etdiyi eston dilində ibtidai təhsil haqqında qanun layihəsinə qarşı səs verməsi olub.

Bütün xəbərlər Facebook səhifəmizdə