"12 milyon ukraynalı məcburi köçkün vəziyyətinə düşüb"

Volodimir Zelenski ölkəsinin 20 faizinin Rusiya işğalçılarının nəzarəti altında olduğunu bildirib.
"12 milyon ukraynalı məcburi köçkün vəziyyətinə düşüb"

Ukrayna prezidenti Volodimir Zelenski ölkəsinin 20 faizinin Rusiya işğalçılarının nəzarəti altında olduğunu bildirib. Bundan əlavə, Zelenski 12 milyon ukraynalının məcburi köçkün olduğunu bildirib.
SİA-nın əldə etdiyi məlumata görə, Ukrayna prezidenti V. Zelenski bunları Lüksemburq parlamentində videokonfrans vasitəsilə etdiyi çıxışında deyib.

Fevralın 24-də Ukraynaya hücumdan sonra Rusiya ordusunun 3620 yaşayış məntəqəsinə daxil olduğunu bildirən Zelenski onlardan 1017-nin xilas edildiyini bildirib.

"Bu gün torpaqlarımızın 20 faizi işğalçıların nəzarəti altındadır. Bu, təxminən 125 min kvadrat kilometrə bərabərdir", - Zelenski bildirib.

Ukraynanın 300 min kvadrat kilometr ərazisinin mina və partlamamış bombalarla dolu olduğunu qeyd edən Zelenski 12 milyon ukraynalının məcburi köçkün vəziyyətinə düşdüyünü, çoxu qadın və uşaq olan 5 milyondan çox insanın xaricə getdiyini vurğulayıb.

Rusiya bu müharibədə qalib gələrsə, Avropada hər kəs üçün qaranlıq zamanların başlayacağını bildirən Zelenski “Bu müharibədə qalib gəlsək, avropalılar öz azadlıqlarını yaşamağa davam edə biləcəklər” deyib.

Müharibənin başlamasından bu yana ötən 99 gün ərzində “on minlərlə insanın” həyatını itirdiyini ifadə edən Zelenski müharibənin bitməsi üçün bütün dünyanın dəstəyini istədiklərini qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə