Rusiyalı jurnalist Aleksandr Nevzorov və həyat yoldaşı Lidiya Ukrayna vətəndaşlığı almaq üçün müraciət ediblər.
Bu barədə “Mash” telegram kanalı məlumat yayıb. İddialara görə, Nevzorovun müvafiq bəyanatı bu ilin aprelində verilib. Məhz elə buna görə də hazırda Rusiya Federasiyasında “xarici agent” kimi tanınır.
SİA-nın əldə etdiyi məlumata görə, Ukrayna hüquq-mühafizə orqanlarının əməkdaşları Nevzorovun vətəndaşlıq məsələlərinə dair ərizələrin verilməsi qaydası haqqında 107-ci bəndinə uyğun olaraq “İnterpol”un və digər beynəlxalq təşkilatların məlumat bazasında olub-olmadığını yoxlamalıdırlar.
Qeyd edək ki, 3 avqust 1958-ci il təvəllüdlü Nevzorov 2022-ci ilin martında Rusiyanı tərk edib, elə həmin ay Rusiya Silahlı Qüvvələrini “gözdən salmaqda” ittiham olunan jurnalistə qarşı cinayət işi açılıb və may ayında o, axtarışa verilib. İndi Nevzorov Rusiyadan kənardadır və ifadələrinə görə geri qayıtmaq fikrində də deyil.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB