Rusiyadan gələn kömür üçün əvəzedici tapdılar...

Rusiyadan gələn kömür üçün əvəzedici tapdılar...

Polşa Rusiya əvəzinə Avstraliya, İndoneziya, Kolumbiya, ABŞ və Cənubi Afrikadan kömür tədarük etməyə başlayacaq.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Polşanın İqlim və Ətraf Mühit Nazirliyinin rəhbəri Anna Moskva bildirib.

O, Twitter-də ( ...qeyd edək ki, Twitter Rusiya Federasiyasında bloklanıb) Varşavanın sadalanan beş ölkədən 700 min tondan çox kömür alacağını açıqlayıb. Kolumbiyadan gələn kömür artıq Qdansk limanına boşaldılır.

Xatırladaq ki, bundan əvvəl Polşanın baş naziri Mateuş Moraviecki ölkənin Rusiya kömüründən tamamilə imtina etmək planlarını aprel və ya may ayında açıqlamışdı.

Aprel ayında isə prezident Anjey Duda artıq Ukraynada keçirilən xüsusi əməliyyatla əlaqədar Rusiya kömürünün idxalını qadağan edən qanunu imzalayıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə