Birlәşmiş Millәtlәr Tәşkilatı Türkiyәyә tәşәkkür edib

Birlәşmiş Millәtlәr Tәşkilatı Türkiyәyә tәşәkkür edib

Birləşmiş Millətlər Təşkilatının baş katibi Antonio Quterreş Rusiya ilә Ukrayna arasında sülhün әldә olunması üçün göstәrdiyi sәylәrә görә Türkiyəyə minnətdar olduğunu bildirib.

SİA-nın əldə etdiyi məlumata görə, BMT baş katibinin sözçüsü Stefan Dujarrik Türkiyəyə Ukraynadan taxıl ixracı və Qara dənizdəki minalara dair təşəbbüslərə verdiyi dəstəyə görə təşəkkür edib.

“Baş katib Qara dənizdəki vəziyyətin həllinə və Baş katibin səylərinə verdiyi dəstəyə görə Türkiyəyə minnətdardır’’,-deyә Stefan Dujarrik vurğulayıb.

Xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyənin Odessa bölgəsində taxıl daşıyan gəmilərin döyüş bölgəsindən çıxarılması və Ukraynanın dənizə yerləşdirdiyi minaların təmizlənməsində Rusiya və Ukrayna arasında etimadı artıran tədbirlərin görülməsinə kömək etməyə çalışdığını söylәmişdi.

"BMT-nin təklifi var. "BMT, Türkiyə, Rusiya və Ukraynadan ibarət dördtərəfli təmas qrupunun yaradılması". Prinsipcə buna "hə" dedik. Texniki səviyyədə görüşün keçirilməsi ideyası sәslәndirildi. Bu məsələ ilə bağlı hələ də tam razılıq əldə olunmayıb’’,-deyә Mövlud Çavuşoğlu bildirmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə