Rusiya OPEK-dən də kənarlaşdırıldı...

Rusiya OPEK-dən də kənarlaşdırıldı...

“OPEK”ə üzv olan bəzi ölkələr Rusiyanın neft hasilatı sazişində iştirakını dayandırmağı düşünür.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “The Wall Street Journal” təşkilatın adı açıqlanmayan nümayəndələrinə istinadən xəbər verir.

Nəşrin yazdığına görə, “OPEK”ə üzv olan bir sıra ölkələr bu ideya barədə anti-Rusiya sanksiyalarının tətbiqi və Avropa İttifaqının Rusiya neftinin idxalına qismən embarqonu təsdiqləməsi fonunda fikirləşiblər.

Qeyd edək ki, verilən məlumatlara görə, Avropa İttifaqı Rusiya Federasiyasından neft idxalının əhəmiyyətli dərəcədə məhdudlaşdırılmasını nəzərdə tutan 6-cı sanksiyalar paketi ilə bağlı artıq razılığa gəlib.

Məhz buna görə də, nəşr sanksiyalar nəticəsində Rusiyada neft hasilatının 2022-ci ilin sonuna kimi 8 faiz azala biləcəyinin proqnozunu verir.

…Və eyni zamanda, “Bloomberg”in məlumatına görə, “OPEC+” iyunun 2-də keçiriləcək növbəti iclasında iyul ayı üçün neft hasilatının gündəlik 430 min barel artırılmasını təsdiqləməyə hazırlaşır.

Nümayəndə heyətinin üzvləri qeyd ediblər ki, neftə tələb və təklifin qlobal səviyyələri sabit olaraq qalır, Rusiya ixracında indiyədək ciddi pozuntular yoxdur, ona görə də neft alyansından heç bir təcili tədbir tələb olunmur…

…Bunu da ruslar elə-belə, özlərinə təsəlli kimi yazırlar.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə