Ərdoğanla Putin arasında telefon danışığı olub

Prezident Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı baş tutub.
Ərdoğanla Putin arasında telefon danışığı olub

Prezident Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı baş tutub. SİA bu barədə Türkiyə saytlarına istinad edir.

Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin məlumatına görə, telefon danışığında Prezidentlər iki ölkə arasında mövcud münasibətləri, bölgədəki və Ukraynadakı vəziyyəti müzakirə olunub.

Prezident Ərdoğan Putinə İstanbulda Rusiya, Ukrayna və BMT nümayəndə heyətləri arasında görüş keçirməyi təkif edib.

Ərdoğan Rusiya ilə Ukrayna arasında sülh zəmininin tezliklə bərpası ilə iki ölkə arasında gərginliyin mənfi təsirlərini minimuma endirəcək və etimadı artıracaq addımlara ehtiyac olduğunu bildirib.

Dövlət başçısı PKK/YPG terror təşkilatının Suriyada Türkiyə və Suriya vətəndaşlarına qarşı hücumlarının davam etdiyini bildirərək, 2019-cu ilin oktyabrında imzalanan müqavilədə yer alan Türkiyə sərhədindən 30 kilometr dərinlikdə terrordan təmizlənmiş zonanın yaradılmasının mümkün olmadığını, bu ərazidə təhlükəsizin təmin eidlməsinin zəruri olduğunu vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə