"Bloomberg” mənbələrə istinadən yazır ki, əvvəllər mümkün sanksiyalardan biri hesab edilən Avropa İttifaqında rusların daşınmaz əmlak almasına qoyulan qadağa sonda qarşıdan gələn məhdudiyyətlər paketindən çıxarılıb.
“Ruslara Avropa İttifaqında daşınmaz əmlak almağı qadağan edən tədbir Kiprin təzyiqi səbəbindən sənədin mətninin növbəti variantından çıxarılıb”.
SİA xəbər verir ki, bu barədə “İnterfaks” xəbər agentliyi məlumat yayıb.
Yeri gəlmişkən bildirək ki, altıncı sanksiyalar paketi çərçivəsində müzakirə edilən tədbirlər arasında daha üç bankın SWIFT-dən çıxarılması və yeni şəxslərə qarşı sanksiyalar var.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB