Yeni növ koronavirus (Covid-19) epidemiyasına dair məhdudiyyətlər götürüldükdən sonra kruiz gəmiləri yenidən Çanaqqalaya gəlməyə başlayıb. SİA bu barədə Türkiyə saytlarına istinad edir.
Çanaqqala Liman İdarəsinin baş direktoru Berkan Özkan : “2022-ci ilin ilk 5 ayında Çanaqqala Limanına yanaşan 6 kruiz gəmisi gəlib və bu gəmilərin gətirdiyi 1962 turistin ən çox ziyarət etdiyi yerlər arasında Troya, Assos arxeoloji yerləri və Tarixi Gelibolu yarımadası ilk sırada iştirak edib”.
2015-ci il Çanaqqala Döyüşlərinin və Anzak Gününün 100-cü ildönümü mərasimlərinin keçirilməsiylə kruiz turizminə ən yüksək töhfə verildiyini xatırladan Özkan son 2 ildə epidemiyaya görə heç bir gəminin limana yanaşmadığını, lakin cari ilin ilk 5 ayında 6 gəminin gəldiyini, mövsümün sonuna dək gələcək gəmi sayının 45-ə çatacağını proqnozlaşdırdıqlarını sözlərinə əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB