Fransada meymunçiçəyi yayılır

TRT xəbər verir ki, bu barədə Ali Səhiyyə Şurası (HAS) məlumat paylaşıb.
Fransada meymunçiçəyi yayılır

SİA-nın əldə etdiyi məlumata görə, ölkədə 16 meymunçiçəyi virusuna yoluxma halı aşkarlanıb, onlardan 12-si paytaxt Parisin yerləşdiyi İle-de-Frans bölgəsindədir.

Meymunçiçəyi poxu Konqo və Qərbi Afrika olmaqla iki növdür ki, Konqo ştammı 10 faizə qədər ölüm riskinə malikdir, Qərbi Afrika ştammında isə bu nisbət bir faizdir.

Adətən heyvandan insana, nadir hallarda isə insandan insana keçən virusun ən bariz simptomları qızdırma və qaşınan qabarcıqların yaranmasıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə