Türkiyənin Bursa şəhərində keçirilən ralli yarışında idarəetmədən çıxan yarış maşını tamaşaçıların arasına düşüb.
SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, xoşbəxtlikdən ölən və ya xəsarət alan olmasa da, həmin anlar mobil telefon kameralarına düşüb.
Bursalılar 46-cı Yaşıl Bursa Rallisini izləmək üçün yarışın keçirildiyi Keleş yoluna axın edib. Yarış zamanı döngəyə sürətlə daxil olan ralli maşını tamaşaçıların arasına düşüb.
Müəllif: Abutel İlhamqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB