Avropa İttifaqının (Aİ) sabah baş tutacaq liderlər sammitindən əvvəl Rusiya neftinə embarqo ilə bağlı razılığın əldə olunmayacağı məlum olub. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Aİ Ukraynaya hücumları səbəbindən Rusiya neftinə tətbiq etmək istədiyi embarqo ilə bağlı sabahkı liderlər zirvəsinə qədər razılığa gələ bilməyib.
Sözügedən embarqonun Rusiya neftindən daha çox asılı olan ölkələr tərəfindən bloklandığı bildirilib. Aİ-yə üzv ölkələrin üzərində çalışdıqları Rusiya neftinə embarqo qoyulması təklifi xüsusilə Macarıstan, Slovakiya və Çexiya tərəfindən bəyənilmir.
Müəllif: Abutel İlhamqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB