Nepalda şəxsi təyyarə radardan itib, SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Asian News International” xəbər yayıb.
Verilən xəbərdə təyyarədə ekipajla birlikdə 22 nəfərin olduğu bildirilir. Sərnişinlər arasında dörd Hindistan vətəndaşının olduğu da deyilir.
“Tara Air” şirkətinə məxsus təyyarə turistik şəhər Pokharadan Nepalın qərbindəki Comsoma uçurmuş. Netra Bələdiyyəsinin rəhbəri Prasad Şarmanın dediyinə görə, təyyarənin Mustanq bölgəsindəki gəlişi şəhər üzərindən səmada görünsə də, lakin sonra təyyarə istiqamətini dəyişərək Dhaulagiri dağına doğru uçub.
Polis sözçüsü Ram Kumar Dani xilasetmə bölgəsinə iki şəxsi helikopter göndərildiyini deyib. Müdafiə Nazirliyinin sözçüsü Narayan Silval isə Nepal Silahlı Qüvvələrinə məxsus Mi-17 helikopterinin də axtarışlara qoşulduğunu bildirib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB