"Lukoyl”un vitse-prezidenti Leonid Fedun Rusiyada neft hasilatını üçdə bir azaltmağı təklif edib.
SİA-nın əldə etdiyi məlumata görə, o, bu barədə RBC üçün məqaləsində yazıb.
Fedun Rusiyada neft hasilatını 20-30 faiz , yəni gündəlik 10 milyondan 7-8 milyon barelə qədər azaltmağı təklif edib.
Onun fikrincə, əvvəllər 80 dollara satılan nefti indi 50 dollara da sata bilmirlər. Məhz belə ilan halda niyə Rusiya gündə 10 milyon barel neft hasil etməlidir?
Fedunin sözlərinə görə, əgər 7-8 milyonluq hasilat dövlət büdcəsi, daxili istehlak və idxal və hətta ixrac üçün kifayət edirsə, bu halda əlavə hasilata ehtiyac qalmamalıdır.
“Lukoyl”un vitse-prezidenti dünya istehsalçıları tərəfindən hasilatın məhdudlaşdırılmasına dair sazişin – “OPEC Plus”ın bağlanmasından əvvəl aktual olan müzakirəni yenidən gündəmə gətirməyi təklif edib, sual edir: “30 faiz, hətta bəzən 40 faiz endirimlərə razılaşaraq, böhrandan əvvəlki ixrac həcmini saxlamağa çalışmalıyıqmı?
Fedunun sözlərinə görə, embarqo ilə bağlı xəbərlər fonunda alıcılar tarif tənzimləmə alətlərindən istifadə edərək endirimləri “institusionallaşdırmağa” başlayacaqlar. Bu şəraitdə Rusiya “dinamik iqtisadi artım və hazırkı rifahın yaxşılaşdırılması üçün lazım olandan artıq yanacaq istehsal edib ixrac etməməlidir.
Rus iş adamı əlavə edir ki, bu gün mənim üçün hasil edilməmiş xammal ehtiyatlarını gələcək istehlak üçün saxlamaq və infrastruktur ehtiyatları yaratmaq daha məqsədəuyğundur.
Maraqlıdır ki, Fedun yaxın onilliklərdə xammala olan ehtiyacın artacağını etiraf edir. Onun fikrincə,buna görə də onların dəyəri inflyasiya səviyyəsi ilə əlaqələndirilməyə başlayacaq.
Qeyd edək ki, bir müddət bundan əvvəl Rusiya baş nazirinin müavini Aleksandr Novak Rusiyada neft hasilatının həcminin azalacağını proqnozlaşdırmışdı. Onun ehtimalına görə, 2022-ci ildə bu rəqəm 480-500 milyon tona çata bilər.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB