...bir nəfər güllələndi, yeddi nəfər yaralandı
Bu dəfə Oklahomada...

Bu gün ABŞ-ın Oklahoma ştatının Talsa şəhəri yaxınlığında açıq havada keçirilən festivalda baş verən atışma nəticəsində 1 nəfər ölüb, 7 nəfər yaralanıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə yerli hakimiyyət orqanları məlumat yayıb.

Yerli medianın məlumatına görə, atışma Tulsadan təxminən 10 mil aralıda yerləşən Taftdakı Köhnə Şəhər Meydanında illik Anma Günü tədbiri zamanı baş verib. Tədbirə 1,5 minə yaxın insan toplaşıbmış.

Oklahoma Təhqiqat Bürosu yaralananlar arasında iki yeniyetmənin olduğunu da bildirib. Verilən məlumatda hələ ki, heç kimin həbs olunmadığı bildirilir.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə