Ukrayna Ali Radasının keçmiş deputatı İlya Kiva öz Telegram kanalında prezident Vladimir Zelenski üçün “sürpriz” hazlrladığına söz verib.
SİA bu barədə rus saytlarına istinad edir. Əslində, rus saytlarının bunu xəbər halına gətirdikləri...təbii ki, başadüşüləndir.
Deməli, keçmiş deputat deyib ki, Ukraynanın “Həyat üçün vətənpərvərlər” hərəkatının üzvlərindən biri həbs etdiklərini məhkəməsiz və istintaqsız edam edən Ukrayna Təhlükəsizlik Xidməti əməkdaşlarının əlindən “möcüzəvi şəkildə” qaça bilib.
Kiva söz verib ki, gələn həftə ictimaiyyət bu təşkilatın nümayəndələrinin necə “oğurlandığı, öldürmək əmrini kimin verdiyi və nələrin şahidi olduqları” barədə “bütün həqiqəti” biləcək.
Daha əvvəl İlya Kiva Zelenskinin ofisindəki mənbəyə istinadən guya Polşa prezidenti Anjey Dudanın Ukrayna lideri ilə Ukraynanın qərb bölgələrinə nəzarətin Varşavaya ötürülməsini müzakirə etmək üçün Kiyevə gəldiyini bildirmışdi.
Burda deyirlər ey, “..."aşiq"in sözü qurtaranda...”
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB