Almaniyalı rəsmidən "təsadüfi etiraf"?

Almaniyalı rəsmidən "təsadüfi etiraf"?

Almaniya Müdafiə Nazirliyi Kiyevə silah tədarükünün gecikdirilməsi ilə bağlı ittihamları rədd edib.

Bu arada, Almaniyanın federal hökuməti, bütün Qərb ölkələri kimi, vahid mövqeyə malikdir - Ukraynaya piyada döyüş maşınları (IFVs) və Qərb modellərinin tankları tədarük etməmək...

SİA-nın əldə etdiyi məlumata görə,şənbə günü, mayın 28-də nazirliyin dövlət katibi Zimtje Möller bildirib.

Xüsusilə, söhbət Kiyevin ilk növbədə almaq istədiyi Marder piyada döyüş maşınlarından gedir, lakin Berlində cavab verdilər ki, onların “pulsuz” maşınları yoxdur.

Almaniya mətbuatının yazdığına görə, müdafiə naziri Kristina Lambrextin sağ əli olan Möllerin bu sözləri Almaniyada böyük rezonansa səbəb olub. Alman mediası ölkədə ən azı 32 istifadə olunmamış Marder piyada döyüş maşınının olduğunu və lazım gələrsə, tez bir zamanda döyüş hazırlığına gətirilə biləcəyini müəyyən edib. Rəsmi bu barədə məlumatı gizlətməklə yanaşı, həm də NATO-nun Ukrayna ilə bağlı məxfi qərarını yaymaqda ittiham edilib.

Belə ki, DPA xəbər agentliyi Kiyevə verilən silahlarla bağlı NATO-ya üzv ölkələr arasında qeyri-rəsmi razılaşmanın olduğunu yazıb. Bu, təkcə tanklara və piyada döyüş maşınlarına aid deyil. NATO-nun Brüsseldəki qərargahındakı agentlik mənbələri tərəfindən təsdiqlənən “qadağan olunmuş” ixrac nomenklaturasına döyüş təyyarələri və bir sıra digər hücum silahları da daxildir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə