“Mariupol döyüşlərində Rusiyanın 6 minə yaxın hərbçisi öldürülüb”

“Mariupol döyüşlərində Rusiyanın 6 minə yaxın hərbçisi öldürülüb”

Ukraynada Mariupol uğrunda küçə döyüşlərində Rusiyanın 6 minə yaxın hərbçisi öldürülüb.

SİA-nın əldə etdiyi məlumata görə, bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Oleksiy Arestoviç deyib.

“Zərərsizləşdirilən hərbçilər arasında ən yaxşı kadrlar olub – xüsusi təyinatlılar, tank alayları, dəniz piyadaları və s”, – Arestoviç bildirib.

Onun sözlərinə görə, qarşıdakı üç gün Rusiyanın Lisiçansk və Severodonetski mühasirəyə almasının nəticələrini görəcək.

Xatırladaq ki, bundan əvvəl Mariupolda yalnız Azov döyüşçülərinin 2 500-ə yaxın hərbçini məhv etdiyi, daha 5 000-ə yaxınını isə yaraladığı bildirilirdi.

Bütün xəbərlər Facebook səhifəmizdə