Ukrayna silahlıları kimyəvi təxribat planlaşdırır?

Ukrayna silahlıları kimyəvi təxribat planlaşdırır?

Rusiya Milli Müdafiəyə Nəzarət Mərkəzinin rəhbəri, general-polkovnik Mixail Mizintsev ukraynalı yaraqlılarının Sumıda zəhərli maddələrdən istifadə edərək təxribat törədəcəklərini və sonradan buna görə Rusiya Silahlı Qüvvələrini günahlandıracaqları barədə “məlumat” əldə edib.

Bu barədə rus saytlarına istinad edən SİA rusiyalı general-polkovnikin bütün bunları əsir götürülmüş ukraynalı hərbçilərdən “əldə etdiyini bildirir.

Mizintsev qeyd edib ki, millətçilər Rusiya sərhəddindəki ərazini Sumı yaşayış məntəqəsindən atəşə tutmaq və rus hərbçilərini cavab zərbəsi endirmək, sonra isə kimyəvi cəhətdən təhlükəli maddələr olan konteynerləri partlatmaq niyyətindədirlər.
Bütün bunlar xarici jurnalistlər tərəfindən yerində lentə alınmalı olduğunun vacibliyin bildirən rusiyalı general-polkovnik ukraynalı yaraqlıların dəhşətli mənzərə yaratmaq üçün mülki insanları qəsdən geri çəkmədiklərini də bildirib.

Rus saytlarının yazdığına görə, bir müddət bundan əvvəl Rusiya Müdafiə Nazirliyi “Azov” və “Aidar” batalyonlarından olan ukraynalı hərbçilərin uşaq bağçalarında, xəstəxanalarda və kilsələrdə atəş mövqeləri qurması barədə məlumat yayıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə