Orteqadan “gözəl sözlər”…

Rus saytlarının “axtarıb-tapıb” yazdıqlarına görə, Nikaraqua Prezidenti Daniel Orteqa Amerika Xalqları üçün Bolivar Alyansı - Xalqların Ticarət Müqaviləsinin iclasında çıxış edərək, ABŞ-ın Rusiyanı, nəinki Rusiyanı hətta Çin və bütün planeti özünə tabe etmək istəyində "şizofreniya anı" yaşadığını söyləyib.

SİA bu barədə rus saytlarına istinad edir.

“…İmperializm qarşısında heç bir maneə yoxdur. Onlar düşünürlər ki, planetdə Yanki hegemonluğunun vaxtı çatıb. Söhbət təkcə Monro Doktrinasının yaradılmasından getmir. Onlar Rusiyanı özünə tabe etmək istəyirlər, Çini özünə tabe etmək istəyirlər”.

Rusların “RİA Novosti” saytı Nikaraqua liderinin sözlərini nöqrə və vergülünə toxunmadan verir.

Orteqanın dediyinə görə, ABŞ bütün dünya üzərində hökmranlıq qurmaq istəyinin “artıq mümkün olmadığını” başa düşmür?

Rus saytı xatırladır: bundan əvvəl Rusiya Xarici Kəşfiyyat Xidmətinin saytında ABŞ-ın Ukraynadakı anti-Rusiya siyasətinin Latın Amerikasında dəstək tapmadığına dair mesaj dərc edilib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...