Cırtdan bir ölkənin başa düşülməyən “hikkə”si...

Yunanıstan hakimiyyəti ancaq Qərbi Balkan dövlətlərinin Avropa İttifaqına qoşulma prosesinə xüsusi önəm verir?

Yunanıstan və Kipr Ukraynanın Avropa İttifaqına daxil olması üçün sürətləndirilmiş prosedurun əleyhinədir.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata istinadən bunun “Euractiv” agentliyinin Afina və Nikosiyadakı mənbələrinə istinadən xəbər verdiyini bildirir.

Məsələn, Yunanıstan Xarici İşlər Nazirliyindəki mənbələrə istinad edən sayt Afinanın, Avropa İttifaqı Müqaviləsinin 49-cu maddəsində nəzərdə tutulmuş bütün prosedurlara riayət etməsini israr etdiyini bildirir.

...Eyni zamanda, Yunanıstan hakimiyyəti Qərbi Balkan dövlətlərinin Avropa İttifaqına qoşulma prosesinə xüsusi önəm verir və bu istiqamətin prioritetliyində israr edir.

Saytın məlumatına görə, oxşar mövqeyi Kipr də nümayiş etdirir. Bu ölkə həm də Avropa İttifaqına daxil olmaq üçün adi prosedura riayət olunmasının tərəfdarıdır və Avropa İttifaqına daxil olmaq üçün artıq böyük addımlar atan Qərbi Balkan ölkələrinin maraqlarını nəzərə almağa çağırır.

...Əslində balaca bir ada dövlətinin “öz etirazını” “...bütün müvafiq prosedurlara ciddi şəkildə əməl edilməlidir, ona görə də üzvlük prosesi uzun sürəcək” şəkilində ifadə etməsi, qəribə də olsa, adamda müəyyən şübhələr yaradır. Yəni çırtdan bir ölkənin belə bir “hikkə” ilə “danışması” adamda bu ölkənin hansısa bir kənar qüvvənin sifarişini yerinə yetirməsi şübhəsi yaradır.

Yeri gəlmişkən bir qədər bundan əvvəl Finlandiyanın baş naziri Sanna Marin də bəyanatla çıxış edərək, “...Avropa İttifaqını Kiyev üçün təşkilata qoşulma normalarından kənara çıxmamağa” çağırmışdı.

Bu arada Niderlandın baş naziri Mark Rutte də “rusları sevindirirmiş kimi”, Ukraynanın tezliklə Avropa İttifaqı üzvlüyünə namizəd statusu almaq şansının az olduğunu bildirmişdi.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...