...Bu arada polşalı professor Pavel Soroka maraqlı bir açıqlama ilə çıxış edib. Belə ki, o bu günkü Ukrayna-Rusiya münaqişəsində Almaniyanın NATO və Avropa İttifaqına xəyanət etmədən, sadəcə olaraq öz tarixi ənənəsinə əməl etdiyini bildirir. Sorokaya görə, bu əsassız deyil. Çünki hələ Soyuq Müharibə illərində də belə Almaniya Avropada bir dövlət olaraq SSRİ ilə nüfuzunu bölüşməyə çalışırdı.
SİA bu barədə rus saytlarına istinad edir.
Polşalı professorun fikrincə, bu gün Almaniya müxalifətində hakim koalisiyaya və o cümlədən kansler Olaf Şolsun özünə qarşı mənfi münasibətlər getdikcə daha çox şəkildə formalaşmaqdadır. Soroka “Niezalezna”ya verdiyi açıalamada deyir ki, əgərə belə davam edərsə, gələcəkdə bu tendensiya Almaniyada hakimiyyətin dəyişməsi ilə sonunclana bilər.
“Qeyd etmək lazımdır ki, Almaniya Rusiyanın təcavüzünə reaksiya baxımından çox təmkinlidir və bu, kansler Şolzun rəhbərlik etdiyi hazırkı koalisiyanın Ukraynaya böyük dəstək vermək istəmədiyini göstərir. Bu o deməkdir ki, onlar Rusiyanın uduzmasını istəmirlər... Niyə? Bu gün ilk olaraq özlərinin iqtisadi maraqlarına görə..."
Təbii ki, Pavel Soroka burada ilk növbədə Almaniyanın Rusiya enerjisindən olan asılılığı nəzərdə tutur.
Söhbət zamanı o qeyd edib ki, Xristian Demokratlar əvvəllər Rusiya ilə əməkdaşlıq etməsinə baxmayaraq, bu gün kanslerin hərəkətlərini tənqid edirlər. Sorokaya görə, bu dəyişikliyi partiyanın hazırda Almaniya cəmiyyətinin rəyini öyrənməsi ilə izah etmək olar.
Amma polşalı professor hələ də Almaniyanın çox mühüm NATO ölkəsi olduğuna əmindir. Etiraf edilməlidir ki, bu gün Avropadakı ən böyük Amerika qüvvələri məhz Almaniyada yerləşir, üstəlik, bu ölkə Avropa İttifaqının ən mühüm ölkəsidir. Buna görə də Almaniyanın Rusiyaya qarşı bu mövqeyi NATO-nun özünün fəaliyyətinə böyük təsir göstərir. Bununla belə, o, Almaniyanın Rusiyanın qalib gəlməsini istəməklə NATO-ya xəyanət etdiyinə inanmır.
Başqa bir maraqlı nüans, Almaniya Rusiyanın məğlubiyyətini təkcə iqtisadi səbəblərə görə deyil, deyən Soroka Sovet İttifaqının hələ mövcud olduğu 70-80-ci illərin Sosial Demokratlar dövrünü xatırlamağı təklif edir. Onun fikrincə, həmən və sonrakı hökumətlər, o cümlədən Şröder hökumətinin məqsədi Avropanı birlikdə idarə etmək olan Rusiya ilə sıx münasibətlərə arxalanıb.
Ağasəf Babayev
.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB