Afrika İnkişaf Bankı 1,5 milyard dollarlıq dəstək paketini təsdiqləyib

Afrika İnkişaf Bankı, Ukrayna-Rusiya müharibəsi səbəbiylə yarana biləcək qida probleminə qarşı 1,5 milyard dollarlıq dəstək paketini təsdiqləyib.

SİA-nın əldə etdiyi məlumata görə, TRT xəbər verir ki, Afrika İnkişaf Bankının prezidenti Akinwumi Adesina bu barədə mətbuata açıqlama verib. Bildirib ki, üz-üzə gəlinməsi ehtimal olunan qida böhranına qarşı tədbirlər görürük. Xüsusilə fermerlərin istifadə edə biliəkləri 1,5 milyard dollar dəstək verməyi planlayırıq. Təxminən 20 milyon Afrikalı fermerin istifadə edəcəyi dəstək ilə Rusiya və Ukraynadan idxal edilən qarğıdalı, buğda və soya kimi məhsulların əkilməsi, 38 milyon ton məhsulun əldə edilməsi planlaşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə