Zelenski Rusiya ilə danışıqların şərtlərini açıqlayıb
Yalnız Putinlə...

Deyildiyi kimi, Ukrayna başçısı Vladimir Zelenski, yalnız Rusiya prezidenti Vladimir Putinlə görüşməyə hazır olduğunu bildirib.

Onun sözlərinə görə, bu, yalnız münaqişənin ləğvi məsələsi danışıqlarda müzakirə olunacağı təqdirdə baş verəcək.

SİA bu barədə “rambler”ə istinad edir.

Zelenskinin dediyinə görə, Rusiya Federasiyasının prezidenti istisna olmaqla, Rusiya Federasiyası ilə heç bir görüşü qəbul etməyəcək: “...Və yalnız masadakı sual bir - müharibənin dayandırılması olarsa. Başqa cür danışacaq bir şey yoxdur”

Maraqlıdır ki, siyasətçi belə bir görüşün təşkil edilməsinin çətin olduğunu da istisna etməyib.

Qeyd edək ki, hələ mayın 13-də Kreml rəsmisi Dmitri Peskov, Moskvanın Rusiya və Ukrayna liderlərinin görüşməkdən imtina etmədiyini, ancaq hazırlıq olmadan bunun mümkün olmadığını bildirmişdi.

Onun sözlərinə görə, bununla bağlı Rusiya Federasiyasının şərtləri açıq şəkildə hazırlanmış və kağız üzərində qoyularaq, Ukrayna tərəfinə verilib.

Lakin Kiyevdən hələ də cavab yoxdur.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə