“Ölümcül” istilərə hazır olun...

...yay hələ başlamayıb, amma təkcə may ayında ABŞ-ın Texas ştatında altı elektrik stansiyası sıradan çıxıb

...Yorucu istilik, insanların həyatını təhlükə altına alacaq.

SİA rus saytlarına istinadən xəbər verir ki, bu barədə məlumatı “Bloomberg” yayıb.

Mütəxəssislər tez-tez elektrik enerjisinin kəsilməsi ilə isti və "ölümcül" yayın yaxınlaşdığının xəbərdarlığını edirlər. Koronavirus pandemiyası ilə bağlı vəziyyət, Ukraynadakı hadisələr və qlobal enerji böhranı 2022-ci ilin yayında elektrik enerjisinin olmamasına səbəb olacaq.

Maraqlıdır ki, bununla bağlı artıq əksər proqnozlar üst-üstə düşməkdədir.

Qeyd edilır ki, artıq şimal yarımkürəsində də iqlim dəyişikliyi ilə bağlı elektrik enerjisinə tələbat artmaqdadır.

Cənubi Asiyada isə, artıq indidən temperatur artmaqdadır ki, bu da təbii olaraq kondisionerlərdən istifadəyə böyük ehtiyac yaradacaq.

Yenə də mütəxəssisin fikrincə, Asiyadakı anormal istilik gündəlik elektrikin kəsilməsinə səbəb olacaq ki, bu dza Pakistan Myanmar, Şri Lanka və Hindistanda bir milyarddan çox insanın həyatı risk altında qoymuş olacaq.

Maraqlıdır ki, yay hələ başlamayıb, amma təkcə may ayında ABŞ-ın Texas ştatında altı elektrik stansiyası sıradan çıxıb.

Ehtimallara görə, bu yay, ABŞ da daxil olmaqla bir neçə dövlətinin elektrik enerjisi tədarükündə fasilələr yaşanacaq. Çində və Yaponiyada enerji təchizatında çətinliklər olacaq. Cənubi Afrika isə...artıq rekord ayın bağlanması üçün hazırlanır. Avropa da hazırda titrəyən vəziyyətdədir. Belə ki, Moskva təbii qazın bölgəyə tədarükünü bloklayarsa, bu, təbii ki, bəzi Avropa ölkələrdə fan bağlanmasına səbəb ola bilər.

Yeri gəlmişkən, bir müddət bundan əvvəl hələ 2021-ci ildə enerji sektorunda qlobal karbon emissiyalarının rekord səviyyəyə qalxdığı bildirildi.

Bu pandemiyadan sonra bərpa tələbatın artmasına səbəb olub, buna görə kommunal müəssisələr enerji böhranı fonunda kömürə keçməyə başlayıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə