“Bir çox məsələ Ukraynanın özündən asılıdır”

Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen Ukraynanın Avropa İttifaqına daxil olma vaxtı ilə bağlı açıqlama verib.

SİA APA-ya istinadən xəbər verir ki, siyasətçi Almaniyanın ZDF telekanalına müsahibəsində bildrib ki, Ukraynanın İttifaqa daxil olması ölkənin münaqişədən nə qədər tez çıxa biləcəyindən və lazımi islahatları həyata keçirməsindən asılı olacaq.

"Üzvlüyə namizəd olmaq üçün bir az vaxt lazımdır. Avropa İttifaqına qoşulma proseduru həm də qoşulan ölkələrin necə davranmasından çox asılıdır. Vurğulamaq istərdim ki, bir çox məsələ Ukraynanın özündən asılıdır” , – deyə Lyayen bildirib.

O, Kiyevə edilən maliyyə yardımının ölkənin bərpası ilə yanaşı, islahatlara da sərf olunmasını təklif edib.

Bütün xəbərlər Facebook səhifəmizdə