Qırmızı xalçada soyunaraq Rusiyaya etiraz etdi

Kinonun ən prestijli festivalı olan “Kann”da ulduzlar qırmızı xalça üzərində gəzərkən bir iştirakçı qəfildən paltarlarını cırıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, etirazçı pilləkanlarla enərək qırmızı xalçanın hər iki tərəfində gözləyən kameralara doğru “Bizi zorlamayın” deyə qışqırmağa başlayıb.

Dünyaya diz çökdürən koronavirus epidemiyası səbəbilə 2020-ci ildə ləğv edilən və keçən il dar çərçivədə təşkil edilən ən nüfuzlu kino festivalı olan “Kann” mayın 17-də başlayıb.

Qapılarını 75-ci dəfə açan “Kann” Film Festivalında müxtəlif ölkələrdən 20 film baş mükafat uğrunda mübarizə aparır.

Paltarını cıran etirazçı qadın pilləkənləri enərək qırmızı xalçanın hər iki tərəfində gözləyən kameralara doğru qışqırmağa başlayıb. Bədəninə Ukraynanın bayraq rəngləri olan mavi və sarıya boyayan qadının səsləndirdiyi cümləni bədəninə yazdığı görülüb.

Mühafizəçilərin müdaxilə etdiyi nümayişçi qırmızı xalçadan çıxarılıb.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə