Ukraynadakı xüsusi əməliyyatı fonunda Rusiyanı tərk edən Qərb brendlərini əvəzləyərək İran və Türkiyə geyim brendləri ola bilər.
SİA bu barədə rus saytlarına istinad edir.
Qeyd olunur ki, İran son illər Qərbin kütləvi bazarını kopyalayaraq dəb tendensiyaları trendində irəliləməyə çalışır. Ona görə də bu gün Rusiyada məşhur olan “Zara” və ya “H&M”-in fars analoqları ilə əvəzlənməsini az adam fərq edəcək. Eyni zamanda, İran geyim brendinin qiymətləri Qərbdən xeyli aşağıdır.
Məsələ bundadır ki, ruslar 2,5 trilyon rubl tutumu olan Rusiyanın geyim bazarını inkişaf etdirməyə hazırıq deyirlər. O da qeyd olunur ki, təkcə İran şirkətləri deyil, Çin, Hindistan və Türkiyə şirkətləri rus bazarlarına daxil olmağa şanslıdırlar.
Məsələn, Ankara ilin sonuna kimi Rusiya Federasiyasına geyim, ayaqqabı və ev tekstili ixracını 2-3 dəfə artırmağa hazırdır. Beləliklə, Türkiyənin “FLO Retailing” holdinqi artıq Rusiyanın “Reebok” pərakəndə satış şəbəkəsi üzərində nəzarəti ələ keçirməyə hazırdır.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB