“Rusiya uzunmüddətli müharibəyə hazırlaşır”

Rusiya uzunmüddətli müharibəyə hazırlaşır.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Ukraynanın müdafiə naziri Aleksey Reznikov feysbukda yazıb.

“Rusiya bir çox cəhətdən uzunmüddətli hərbi əməliyyata hazırlaşır. Müharibə uzanan fazaya keçir. Biz görürük ki, Xerson və Zaporojye vilayətlərində onlar fəal şəkildə mühəndis-istehkam işləri aparırlar”, – nazir qeyd edib.

O, həmçinin bildirib ki, Belarus qoşunları Ukrayna ilə sərhəddə aktiv manevrlər həyata keçirir.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


VTB