ABŞ-da koronavirusdan 1 milyondan çox adam ölüb?

ABŞ-ın Baltimor şəhərindəki Cons Hopkins Universitetinin məlumatına görə, ölkədə koronavirus infeksiyasının qurbanlarının sayı 1 milyon nəfəri keçib.

Qeyd edək ki, nəşr edilmiş məlumatlara görə, ABŞ-da koronavirus infeksiyası olan 1.000.037 xəstə artıq dünyasını dəyişib. Ümumilikdə isə ölkədə 82,6 milyondan çox COVID-19-a yoluxma hadisəsi aşkar edilib.

Bu ilin aprel ayında ABŞ tibbi tənzimləyicisi FDA nəfəs analizi vasitəsilə koronavirus infeksiyasının diaqnozu üçün təcili istifadə testlərini təsdiqləyib.

Bildirilir ki, 2409 nəfərin iştirak etdiyi araşdırmada test 91,2 faiz effektiv olub.

Yeri gəlmişkən, SİA bu barədə Rusiya saytlarına istinad edir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə