Bəkir Bozdağ Finlandiya və İsveç-ə sərt reaksiya verib

Bəkir Bozdağ: “Finlandiya və İsveç terrorçuların Türkiyəyə ekstradisiya edilmələrinə dair müraciətimizə bu günə dək biganə qalıb.

Ədliyyə naziri Bəkir Bozdağ Türkiyə Bələdiyyələr Birliyinin paytaxt Ankarada keçirilən Məclis Toplantısında çıxış edib. SİA bu barədə Türkiyə saytlarına istinad edir.

Nazir Bozdağ, NATO-ya üzvlükləri gündəmdə olan İsveç və Finlandiyanın terror təşkilatlarını qoruyan siyasət izləmələrinə kəskin reaksiya verib: “təəssüflə deməliyəm ki, başda İsveç və Finlandiya olmaqla Avropa İttifaqına (Aİ) üzv bir çox ölkə və Amerika Birləşmiş Ştatları (ABŞ) terror təşkilatlarına ciddi və açıq dəstək verməkdə davam edirlər. İsveç və Finlandiya Türkiyənin ekstradisiyasını tələb etdiyi Fətullahçı Terror Təşkilatı (FETÖ) və separatçı terror təşkilatı PKK üzvü terrorçulardan bu günədək heç birini təhvil verməyib.Bunun bir qarşılığı olmalıdır. Terror təşkilatlarını Türkiyədən üstün tutanlar, seçimlərinin səhv olduğunu, bu seçimlərinə görə uduzan tərəf olacaqlarını daha idrak etməlidilər.

Bütün xəbərlər Facebook səhifəmizdə