Rusların səmimi "dost ölkələr"i varmı?

Medvedev dünyaya “ümid” verir: Rusiya Üçüncü Dünya Müharibəsinin başlamasına imkan verməyəcək

Bu gün Rusiyanı qoyub müalicə, nə bilim şəxsi həyatında yaranmış problemi bəhanə edərək xaricə qaçıb “dizerter”lik edən bəzi rus məmur və artistlərdən fərqli olaraq, Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev hələ ki, postundadır. Və hətta o gün dünya əhlinə ümidverici bir açıqlama da verib. Belə ki, Medvedev deyib ki, qorxmayın, Rusiya Üçüncü Dünya Müharibəsinin başlamasına heç vaxt imkan verməyəcək,.. lakin bizə hücum edilsə, biz dərhal və super güclü silahlarımızla onlara cavab verəcəyik.

SİA-nın əldə etdiyi məlumata görə, Dmitri Medvedev bunu Sarovdakı nüvə mərkəzinə səfərindən sonra özünün Telegram kanalında bildirib.

Rusiyanın nüvə qalxanını müasir, etibarlı, effektiv silahların arsenalı adlandıran Medvedev “...bu, hətta bu gün də öz və başqalarının əli ilə Üçüncü Dünya Müharibəsini açmağa hazır olanların ambisiyalarını soyudur"-deyə bildirib.

“...Biz belə vəziyyətə yol verməyəcəyik. Amma biz daim xatırlatmaq məcburiyyətindəyik ki, ölkəmizə hücum olarsa, onlara dərhal və fövqəlqüdrətli cavab veriləcək”.

Onun sözlərinə görə, sanksiyalar qarşısında Rusiya elminə də dəstək vermək lazımdır.

“...Biz idxalı əvəzləməni artıracağıq, orijinal yerli işlənmələr tətbiq edəcəyik, perspektivli mütəxəssislər hazırlayacağıq. Bu işə sifarişçi və təşkilatçı kimi iri dövlət korporasiyaları və özəl müəssisələr qoşulmalıdır", - deyən Medvedev “...və əlbəttə ki, biz dost ölkələrlə elmi-texniki əməkdaşlığa açığıq"-deyə əlavə edib.

...Maraqlıdır ki, son hadisələr Rusiyanın hansı “dost ölkələrə” sahib olduğunu dünyaya bəyan etdi. Deyim ki, Medvedev burada bir şeyi unudur: bu gün məncə Rusiyaya əsil dost ölkələr yox, “tərəddüdlü” və “asılı” dost ölkələr var.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə