“Ukraynanın ərazi bütövlüyünü müdafiə edirik”

Avropa Birliyi Ukraynanın işğal olunmuş torpaqlarının bir qarışını belə Rusiyanın bir hissəsi kimi tanımır.

Ukraynanın “UNİAN” saytı müxbirinin verdiyi məlumata görə, bunu Avropa Komissiyasının vitse-prezidenti, Avropa İttifaqının xarici işlər və təhlükəsizlik üzrə ali nümayəndəsi Cozep Borrell Brüsseldə təşkilatın xarici işlər nazirlərinin iclasından sonra keçirilən brifinqdə deyib. SİA bu barədə Ukrayna saytına istinad edir.

“...Rusların zəbt etdiyi Ukrayna torpağının bir kvadrat kilometrini də tanımırıq. Krımı tanımadığımız kimi, Ukraynanın Rusiya Federasiyasının bir hissəsi elan ediləcək heç bir hissəsini tanımırıq. Biz Ukraynanın ərazi bütövlüyünü müdafiə edirik. Biz deyəndə... ümid edirik ki, Ukrayna bu müharibədə qalib gələcək, bu o deməkdir ki, ukraynalılar işğalçıları öz sərhədlərindən kənara çıxara biləcəklər”.

Bunlar Avropa diplomatiyasının rəhbərinin sözləridir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə