10 min illik sirli çuxurlar tapılıb

Arxeoloqlar YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil olan İngiltərədəki Stounhenc abidəsinin ətrafında 10 min il əvvəl qazılmış çuxurlar tapıblar. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu tikililər ovçular tərəfindən istifadə edilib və ilk insanların həyatı ilə bağlı bilinməyənlərə işıq salıb.

Arxeoloqlar bu çuxurlardan maral və qaban ovlamaq üçün istifadə edildiyini bildiriblər. Bundan əlavə, eni 4 metr və dərinliyi 2 metr olan çuxurlardan biri Avropanın şimal-qərbində növünün ən böyüyü kimi qeydə alınıb. Sözügedən kəşf İngiltərənin son Buz dövründən sonra məskunlaşdığı erkən Mezolit dövründə qədim insanların ərazidə gəzdiyini göstərib.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...