“Hərbi gərginliyin ümumi səviyyəsi artacaq”

Deyəsən, bunlar hamısı Putinin nə qərar verəcəyini gözləyirmişlər...

Rusiya Prezident Administrasiyasının sözçüsü Dmitri Peskov bildirib ki, Finlandiya və İsveçin NATO-ya qoşulması bu ölkələrin təhlükəsizliyini gücləndirməyəcək.

SİA-nın əldə etdiyi məlumata görə, bunu jurnalistlərə açıqlama verən D.Peskov Rusiyanın Finlandiya və İsveçlə heç bir sərhəd mübahisəsinin olmadığına diqqət çəkərək deyib: “Ukrayna NATO-ya daxil olsaydı, Rusiyanın NATO üzvü olan dövlətlə sərhəd mübahisəsi olardı ki, bu da bütün regionda ciddi təhlükəsizlik problemləri yaradardı.

İsveç və Finlandiyanın NATO-ya daxil olmasının mümkün nəticələrini dərindən araşdıracağıq. Biz əmin deyilik ki, Finlandiya və İsveçin NATO-ya daxil olması bizim Avropa qitəmizdə nələrə səbəb ola bilər. Ona görə də sözügedən prosesdən narahatıq”.

Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov da bildirib ki, Finlandiya və İsveçin NATO-ya üzv olmaq qərarı bu ölkələrin təhlükəsizliyini gücləndirməyəcək. O, paytaxt Moskvada jurnalistlərə deyib: "İsveç və Finlandiyanın NATO təşəbbüsləri ciddi nəticələri olan böyük səhvdir. Bizim üçün aydındır ki, qərar bu iki ölkənin təhlükəsizliyini möhkəmləndirməyəcək. Rusiya İsveç və Finlandiyanın NATO-ya daxil olması ilə barışmayacaq. NATO-nun genişlənməsindən sonra Rusiyanın öz təhlükəsizliyini necə təmin edəcəyi isə ayrı mövzudur.

Bizim bununla barışacağımıza heç bir illüziya olmamalıdır. Hərbi gərginliyin ümumi səviyyəsi artacaq, vəziyyəti əvvəlcədən görmək getdikcə çətinləşəcək”.

Xatırladaq ki, Finlandiya prezidenti Sauli Niinistö və ölkənin baş naziri Sanna Marin mayın 12-də birgə bəyanatla çıxış ediblər. "NATO-ya üzvlük Finlandiyanın təhlükəsizliyini gücləndirəcək. Finlandiya gecikmədən NATO-ya üzvlük üçün müraciət etməlidir" deyə İsveçin baş naziri Maqdalena Andersson bildirib.

İsveç və Finlandiyanın 1 iyunda NATO-ya üzvlük üçün müraciət edəcəkləri gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...